Tarixin kütləvi nümayişi: Daha bir ölkə çalxalanır

Tarixin kütləvi nümayişi:
Dünya 17-03-2025 - 11:14
 2382

Serbiyada etiraz aksiyaları daha da geniş vüsət alır.

Ajans.az xəbər verir ki, buna səbəb ötən ilin noyabrında Novi Sad şəhərindəki dəmiryolu vağzalında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin günahkarlarının hələ də cəzalandırılmamasıdır.

Ötən gün paytaxt Belqradda Serbiya tarixində ən iri miqyaslı nümayişlərdən biri keçirilib. Aksiya zamanı yüz minlərlə insan küçələrə axışaraq hadisəyə görə məsul şəxslərin cəzalandırılmasını tələb edib.

Hökumətə yaxın mənbələr etirazda 107 min insanın iştirak etdiyini bildirsə də, müstəqil monitorinq nəticələri bu rəqəmin 325 mindən çox olduğunu göstərir. Etirazçılar hökumətdən ədalətin bərpa olunmasını tələb edərək, aksiyaları davam etdirəcəklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir
PAYLAŞ: