Sürücülərin NƏZƏRİNƏ: Bu vərdişdən qaçın! - SƏBƏB

Sürücülərin NƏZƏRİNƏ: Bu vərdişdən qaçın! -
Sürücü
Maraqlı 10-03-2025 - 12:39

Nevroloq Şaoxu Binq deyir ki, demensiyanın inkişafının qarşısını almaq üçün avtomobildə GPS-dən daha az istifadə etmək lazımdır.

Ajans.az xəbər verir ki, onun tövsiyəsini HuffPost sitat gətirib.

“Həkim mənə bu vərdişdən əl çəkməyi tövsiyə etdi, çünki GPS məkan yaddaşını pisləşdirir, baxmayaraq ki, bu, həyatı xeyli asanlaşdırır. İnsanlar mümkünsə özbaşına naviqasiya etməyə çalışmalı və ya avtomobildə naviqasiya sistemini işə salmazdan əvvəl heç olmasa öz marşrutunu zehni olaraq vizuallaşdırmağa çalışmalıdırlar”, - deyə, o, bildirib.

Binq, tamamilə GPS-ə güvənməkdənsə, şəhər xəritələrini əzbərləyən sürücülərin beyninin yaddaş və məkan oriyentasiyası üçün daha yaxşı inkişaf etmiş hissələrinə sahib olduğunu göstərən bir araşdırmaya istinad edib.

Bundan əlavə, Binqin qeyd etdiyi kimi, işi məkan məlumatlarının tez-tez işlənməsini və sürətli naviqasiya qabiliyyətini tələb edən taksi və təcili yardım sürücülərinin digər peşələrin nümayəndələri ilə müqayisədə “Alzheimer” xəstəliyindən ölmə ehtimalının əhəmiyyətli dərəcədə az olduğu elmi şəkildə sübut edilmişdir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: