Suriyada müxaliflər dekabrın 8-ni milli bayram günü elan ediblər

Suriyada müxaliflər dekabrın 8-ni
Gündəm 08-12-2024 - 23:43

Suriyanın Müxalifət və İnqilabçı Qüvvələrinin Milli Koalisiyası Dəməşqin silahlı qüvvələr tərəfindən tutulması günü olan 8 dekabrı ölkənin milli bayramı elan edib.

Ajans.az xəbər verir ki, bu haqda koalisiyanın yaydığı bəyanatda bildirilir.

“Suriya Milli Koalisiyası dekabrın 8-ni şəhidlərin və qurbanların qələbəsi günü, həbs olunanların, köçkünlərin və məzlumların qələbəsi günü, haqq və ədalətin cinayət üzərində qələbəsi günü olduğu üçün Suriyada milli bayram elan edir.”, - deyə koalisiyanın bəyanatında deyilir.

PAYLAŞ: