Suriyada güclü partlayışlar baş verdi

Suriya paytaxtının qərbindəki Mezze bölgəsində iki güclü partlayış baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə Əl-İxbariya” telekanalı məlumat yayıb.
Digər təfərrüatlar hələlik verilməyib. Suriyanın “Əl Vətən” nəşri daha əvvəl Mezzedə partlayış səslərinin eşidildiyini bildirsə də, baş verənlərlə bağlı təfərrüatları da açıqlamayıb.