Şolz Putinlə danışmaq İSTƏYİR
Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə yenidən danışmaq və Ukrayna münaqişəsini müzakirə etmək istədiyini bildirib.
Ajans.az xəbər verir ki, bu barədə Reuters xəbər yayıb.
Almaniya hökumətinin başçısı NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə heç vaxt razılaşmayacağını da vurğulayıb.
Bundan əvvəl Almaniya prezidenti Frank-Valter Ştaynmayer fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlığa başlamaq üçün Bundestaqı buraxıb. Bununla əlaqədar olaraq, Şolz böyük ehtimalla hökumət başçısı postunu itirəcək və Xristian Demokrat İttifaqının (CDU) rəhbəri Fridrix Mers tərəfindən idarə olunacaq.