"Siz Asiya ölkəsindəsiniz, bura Rusiya deyil" - Baş nazirin müavinindən SƏRT REAKSİYA

"Siz Asiya ölkəsindəsiniz, bura Rusiya deyil" -
Gündəm 28-12-2024 - 15:41

Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev Azərbaycan tərəfinin AZAL təyyarəsinin qəzaya uğramasının şəraitinin aydınlaşdırılması üzrə işin davam etdiyini bildirib.

Ajans.az xəbər verir ki, bu barədə Bozumbayev Rusiya mediasının sualını cavablandırarkən deyib. O həmçinin jurnalistin sualına bir qədər aqressiv cavab verib:

"Siz məni çıxış etməyə icazə vermirsiniz. Yəqin ki, Rusiyada söz kəsməyə öyrəşmisiniz, amma bizdə bu qəbul olunmur. Xaiş edirəm buna anlayışla yanaşın. Siz axı Asiya ölkəsindəsiz. Biz çox istərdik ki, Rusiya mediası da qəzanın ilk günündən burda olub hər şeyi görərdi".

Azərbaycanlı həmkarlar identifikasiya işi baxımından çox mütəşəkkil işləyir və lazımi materialı verirlər. İndi biz Rusiya Federasiyası ilə də eyni işi görməliyik. İndiyə qədər Rusiya tərəfində belə mütəşəkkil iş görülməyib”, - o bildirib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: