Şirvanda 5 kq narkotik vasitə dövriyyədən çıxarıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Vəliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ajans.az-a verilən məlumata görə, adıçəkilən şəxsdən tərkibi 5 kiloqram marixuana və metamfetamin götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.