Sinvarın ölümündən sonra HƏMAS-ın yeni rəhbəri o SEÇİLDİ

Sinvarın ölümündən sonra HƏMAS-ın yeni rəhbəri o
Gündəm 18-10-2024 - 08:54

Fələstinin "HƏMAS" hərəkatının xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Meşal İsrail ordusunun HƏMAS Siyasi Bürosunun sədri Yəhya Sinvarı öldürməsindən sonra təşkilata rəhbərlik edib.

Ajans.az Livanın "LBCI" xəbər portalına istinadən xəbər verir ki, o, indi girov danışıqlarında iştirak edən əsas tərəflərlə bütün ünsiyyətlərə cavabdehdir.

Bunu kanalın mənbələri də təsdiqləyib. Onlar həmçinin “Həmas rəhbərliyinin Sinvarın ölümü ilə bağlı Türkiyə, Qətər və Misir rəsmilərinə məlumat verdiyini” qeyd ediblər.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: