Məşhur “qanuni oğru”nun həbsxanada MEYİTİ TAPILDI

Məşhur “qanuni oğru”nun həbsxanada
Hadisə 10-10-2024 - 06:11
 136

“Qanuni oğru”, daha çox Lexa Semipalatinski kimi tanınan Aytkali Maymuşev cəzasını çəkdiyi ciddi rejimli həbsxanada asılmış vəziyyətdə tapılıb. Bu barədə Prime Crime məlumat yayıb.

Ajans.az-ın lent.az-a istinadla məlumatına görə, Qazaxıstanın 66 yaşlı baş “qanuni oğru”su 2023-cü ilin dekabrından Kareliya Respublikasının Nadvoitsı kəndindəki islah əmək müəssisəsində olub. 2023-cü il iyulun 10-da Moskva şəhər Məhkəməsi onu cinayətkar statusu və qanunsuz narkotik saxlama ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

Maymuşev Qazaxıstanın ən yaşlı “qanuni oğru”su hesab olunur. 

O, kriminal ləqəb alıb və 1997-ci ildə taclandırılıb, bundan sonra o, kriminal ideyaları təbliğ etməyə və onların altında cinayətkarları toplamağa başlayıb.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: