Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq ÖLDÜ

Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq
Gündəm 17-12-2024 - 19:21

Salyan sakini dəm qazından boğularaq ölüb.

Ajans.az xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Bəşirova Aynur Müşfiq qızı hamamda olarkən dəm qazından boğulub.

O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ: