Şahzadə Harri və Meqan Markl Böyük Britaniyanı TƏRK ETDİ - SƏBƏB

Şahzadə Harri Böyük Britaniyada olarkən kral müdafiəsi almaq hüququ uğrunda mübarizə aparır.
Ajans.az xəbər verir ki, bu barədə Daily Mail yazır.
Mənbənin məlumatına görə, şahzadə Harri mətbuat katibi Şahid Fatimə ilə birlikdə London məhkəməsinə gəlib. O, Sasseks hersoqu adından şahzadə və həyat yoldaşı Meqan Marklın kral ailəsini və Böyük Britaniyanı tərk etmək məcburiyyətində qaldıqlarını söyləyib.
Bundan əlavə, Harri və nümayəndəsi deyir ki, o və həyat yoldaşı nalayiq və çirkin davranışların qurbanı olublar. Lakin bu münasibətə görə kimin məsuliyyət daşıdığını açıqlamayıblar. Şahid Fatimə də deyir ki, şahzadə qəsdən zorakılığa görə seçilib.
Qeyd edək ki, daha əvvəl “The Guardian” şahzadə Harrinin qalmaqala səbəb olan “Sentebale” adlı şəxsi xeyriyyə fondunu tərk etdiyini yazıb. Qeyd olunub ki, kral ailəsi üzvü ciddi daxili münaqişələr səbəbindən “şok içində” və “qırıq ürəklə” ayrılıb. Onunla bərabər təşkilatın həmtəsisçisi Lesoto şahzadəsi Sisi də təşkilatı tərk edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.