ABŞ Ukrayna üzrə danışıqlardan GERİ ÇƏKİLİR?

Onların təklifləri qəbul olunmasa, ABŞ Ukrayna ilə bağlı danışıqlardan geri çəkiləcək.
Ajans.az xəbər verir ki, bunu Amerikanın vitse-prezidenti J.D.Vens deyib.
Vans bildirib ki, ABŞ Rusiya və Ukrayna üçün sülh sazişinə gedən yolda “çox aydın təklif” irəli sürüb:
“Onların ya “hə” deməsinin, ya da Birləşmiş Ştatların bu prosesdən çıxmasının vaxtı çatıb”.
Vitse-prezident qeyd edib ki, həm Ukrayna, həm də Rusiya hazırda hər bir tərəfin nəzarətində olan bəzi ərazilərdən imtina etməli olacaqlar:
"Bəzi ərazi mübadilələri aparılmalı olacaq".
Vens əlavə edib ki, sərhəd indiki cəbhə xəttinə çevrilməyə bilər, lakin münaqişəyə son qoymaq üçün hər iki tərəf silahlarını yerə qoymalı, vəziyyəti dondurmalı, həqiqətən daha yaxşı Rusiya və daha yaxşı Ukrayna qurmağa başlamalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.