Bu şəxslərin Məkkəyə girişi qadağan edildi

Dünya
23-04-2025 - 17:56
Səudiyyə Ərəbistanı iş icazəsi, Həcc vizası və ya Məkkə tərəfindən verilmiş yaşayış icazəsi olmayan əcnəbilərin çərşənbə günündən etibarən Məkkəyə girişinə qadağa qoyulacağını açıqlayıb.
Ajans.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirir ki, həcc mövsümündə zəvvarların təhlükəsizliyini təmin etmək üçün bir sıra tədbirlər həyata keçirib.
"Çərşənbə günündən etibarən Məkkəyə daxil olmaq üçün iş icazəsi, Məkkədə yaşayış vəsiqəsi və ya etibarlı həcc icazəsi tələb olunacaq", - məlumatda qeyd olunub.
Mövzular:
Oxşar xəbərlər
Misir XİN rəhbərindən açıqlama: Bu msələ həll edilməsə Yaxın Şərqdə sabitlik olmayacaq
Dünya07:25 / 15-05-25
Ankarada Türkiyə və Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə olundu
Dünya22:00 / 14-05-25