İki texnologiya nəhəngi yüz milyonlarla avro CƏRİMƏLƏNDİ

Avropa Komissiyası (AK) “Apple” və “Meta” şirkətlərini “Rəqəmsal bazarlar haqqında” qanunu pozduqlarına görə yüz milyonlarla dollar cərimələyib.
Ajans.az xəbər verir ki, bu barədə CNBC kanalı məlumat yayıb.
Birinci texnologiya nəhəngi 500 milyon avro, ikincisi isə 200 milyon avro cərimələnib. AK müəyyən edib ki, “Apple” tərtibatçılara öz App Store xaricindəki alternativ təkliflər haqqında müştərilərə sərbəst məlumat verməyə icazə vermək öhdəliyinə əməl etməyib. “Apple” bu addımı ədalətsiz hədəfləmənin başqa bir nümunəsi adlandıraraq AB-nin cəriməsinə etiraz edəcəyini söyləyib. Şirkət hesab edir ki, Avropa hakimiyyəti onu texnologiyanı pulsuz verməyə məcbur edir.
“Meta”ya gəlincə, Avropa Komissiyası hesab edir ki, şirkət qeyri-qanuni olaraq istifadəçilərdən məlumatlarını şirkətlə paylaşmağa və ya reklamsız xidmət üçün ödəniş etməyə razılıq verməyi tələb edib. Cərimə olunan texnoloji nəhəng hesab edir ki, bu yolla AK “Çin və Avropa şirkətlərinə fərqli standartlar altında fəaliyyət göstərməyə icazə verərkən, uğurlu Amerika biznesinə mane olmağa çalışır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.