Saatlıda itkin düşən şəxsin öldürüldüyü məlum OLDU

Hadisə
16-02-2025 - 10:30
Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 1959-cu il təvəllüdlü Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.
Ajans.az apa-ya istinadən xəbər verir ki, Mirhəsən Seyidovun qonşuları - 1980-ci il təvəllüdlü Elşad Elbrus oğlu Abbasov və onun 2005-ci il təvəllüdlü oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.