Rusiyada yaşayanlara PİS XƏBƏR: Artıq qurduğunuz bizneslərə...

Rusiyada yaşayanlara PİS XƏBƏR:
Moskva
Gündəm 14-11-2024 - 17:22
 77

Moskva və Moskva vilayətində əmək miqrantları üçün yeni məhdudiyyət tətbiq edilib.

Ajans.az xəbər verir ki, söhbət xarici mütəxəssislər üçün patentlərin qiymətinin artırılmasından gedir.

Qəbul edilmiş qanuna əsasən, 2025-ci ildən patentin qiyməti 8,9 min rubla qədər artacaq. Əvvəllər onun qiyməti 7,5 min rubl olub.

“Moskva vilayətində, eləcə də paytaxtda maaşlar artır və buna uyğun olaraq patentin qiyməti də artmalıdır. Xarici işçilər müqayisə olunan vergiləri ödəməlidirlər”, - deyə Moskva Regional Dumasının sədri İqor Brintsalov bildirib.

Qəbul edilən qərarın icmal büdcəni 2,9 milyard rubl artıracağı gözlənilir.

Qeyd edək ki, Rusiyada bu cür biznes fəaliyyəti göstərən həmyerlilərimiz xeyli saydadır. Bu qərar onlara da təsir edir.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: