Rusiya Trampın gizli "müharibə"sindən DANIŞDI

ABŞ prezidenti Donald Tramp Amerikanın liberal qlobalist “dərin dövləti”ni məhv etmək məqsədi ilə ona qarşı müharibəyə başlayıb.
Ajans.az xəbər verir ki, rus filosofu Aleksandr Duqin Ağ Ev rəhbərinin gizli müharibəsindən danışıb.
“Dərin Dövlətə qarşı qırğın müharibəsi elan edilib. Tramp onun aradan qaldırılması üçün kurs təyin edib. Trampçılar dərin dövləti darmadağın etməyə, onu məhv etməyə davam edir, nəinki onu tabe etdirməyə….”, o hesab edir.
Onun sözlərinə görə, Tramp liberal qlobalistlərin ideologiyasına - ənənəvi dəyərlərə sadiqlik, kütləvi miqrasiyadan qorunma və gender rollarına adekvat baxış daxil olmaqla, prinsipial şəkildə fərqli prinsiplər üzərində qurulmuş MAGA ideologiyasına (Amerikanı yenidən möhtəşəm edin - red) öz cavabını irəli sürüb. Ağ Evə qayıtdıqdan sonra Tramp dərhal öz tərəfdarlarını əsas vəzifələrə təyin etməyə başlayıb və ABŞ-də “mühafizəkar inqilab”a start verib.
Daha əvvəl Duqin bildirib ki, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Keir Starmer və digər avropalı siyasətçilər bir gün tribunal qarşısına çıxacaqlar. Onun sözlərinə görə, artıq ABŞ-də liberallara və qlobalistlərə qarşı cinayət işləri açılıb və Avropa ölkələrində də analoji proseslər gözlənilir.