Rusiya şərt QOYDU: Gərginlik davam EDİR

Rusiya şərt QOYDU:
Zaxarova
Siyasət 19-02-2025 - 11:19
 245

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın NATO üzvlüyünün qəbuledilməz olduğunu deyib və əlavə edib: "Bu, təhlükəsizliyimiz üçün ciddi təhdiddir. Bu, bütün Avropa üçün fəlakətli nəticələrə səbəb ola bilər". Zaxarova əlavə edib ki, müharibəyə son qoymaq üçün Ukrayna böhranının köklü səbəbləri aradan qaldırılmalıdır.

Ajans.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında cari məsələləri dəyərləndirib.

Ukrayna böhranının kök səbəblərinin aradan qaldırılmalı olduğunu vurğulayan Zaxarova, "Ona görə də bunlar tamamilə aradan qaldırılmadan məsələnin uzunmüddətli həlli mümkün deyil. Əks halda yenidən münaqişələr başlaya bilər. Bu, bizim üçün qəbuledilməzdir" ifadələrini işlədib. ABŞ prezidenti Donald Trampın bu yanaşmanı nəzərə aldığını bildirən Zaxarova, "Nəticənin necə olacağını zaman göstərəcək. Ukrayna böhranı və beynəlxalq məsələlər də daxil olmaqla, ikitərəfli münasibətlərdə yığılan çoxlu problemlər var. Tramp administrasiyasının bu mövzularda məsləhətləşmələrə hazır olduğunu görürük", - deyə, bildirib.

Ukraynanın NATO-ya daxil olması ehtimalını şərh edən Zaxarova deyib:

"Ukraynanın NATO-ya üzvlüyü bizim üçün qəbuledilməzdir. Bu, təhlükəsizliyimiz üçün ciddi təhlükə yaradır. Bu, bütün Avropa üçün fəlakətli nəticələrə səbəb ola bilər. Lakin bu, hazırda Kiyevin NATO-ya qəbulundan imtina etmək üçün kifayət deyil".

Zaxarova vurğulayıb ki, Ukrayna öz konstitusiyasına uyğun olaraq neytral olmalı, heç bir ittifaqda iştirak etməməli və nüvə silahına malik olmamalıdır.

Avropa Birliyinin (AB) Ukraynadakı müharibənin bitməsini istəmədiyini irəli sürən Zaxarova, "Rusiyaya qarşı olan Avropa elitaları Ukrayna böhranının diplomatik yollarla həlli üçün mümkün çərçivəni məsləhətləşmələrdə zəncirdən qopmuş kimi rədd edir, nifrət və qəzəblə hərəkət edirlər. Görünən odur ki, Brüssel problemin hərbi həlli üzərində dayanır", - deyə, qiymətləndirmə aparıb.

Mətbuat katibi Zaxarova vurğulayıb ki, Avropa ölkələrinin Kiyevə dəstəyi nəticəsiz qalmayacaq. Qərb ölkələrinin də Rusiya ilə ABŞ arasında aparılan danışıqlara mənfi baxdığını qeyd edən Zaxarova, "Qərbin Rusiya-Amerika təmaslarına gərgin, hətta paniklə reaksiya verdiyini görürük" sözlərini deyib. Zaxarova Çin və digər ölkələrin Ukraynadakı vəziyyətin həlli ilə bağlı indiyə qədər etdiyi təklifləri dəyərləndirdiklərini və bunun “məsuliyyətin” göstəricisi olduğunu bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: