Rusiya səfirinin avtomobili QƏZAYA DÜŞDÜ

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xidməti avtomobili İrəvanda qəzaya uğrayıb.
Ajans.az xəbər verir ki, bu barədə shamshyan.com saytı məlumat yayıb.
Məlumata görə, İrəvanın Sarı Tax rayonunda diplomatın “Toyota” markalı xidməti avtomobili qəzaya düşüb. Hadisəyə səbəb magistral yolun buz bağlaması olub.
Qəza zamanı səfir avtomobildə olub. O və sürücüsü müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.