Rusiya Rövşən Əsgərovu axtarışa verdi

Hadisə
08-03-2025 - 14:18
Azərbaycanlı jurnalist və “Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov yenidən Rusiyada axtarışa verilib.
Ajans.az xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin saytında yer alıb.
Xatırladaq ki, Rusiya DİN 2022-ci ildə Rövşən Əsgərovu axtarışa vermişdi. Həmin ilin aprelində onun barəsində nasizmin reabilitasiyası ittihamı ilə cinayət işi başladılmışdı. Eyni zamanda, 2022-ci ilin dekabrında, o, Rusiyada “xarici agent” siyahısına daxil edilib. 2025-ci ilin yanvarında isə “Rosfinmonitorinq” onu terrorçular və ekstremistlər siyahısına əlavə edib.
Mövzular:
Oxşar xəbərlər
Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI
Hadisə06:02 / 13-01-25