Trampı Ukraynada sülh üçün şans adlandırdı

Dünya
12-04-2025 - 14:34
Polşa Prezidenti Anjey Duda Amerika lideri Donald Trampı Ukraynada sülh üçün ən yaxşı şans adlandırıb.
Ajans.az xəbər verir ki, onun sözlərini “RBC-Ukrayna” yayıb.
Polşa lideri əmin olduğunu bildirib ki, yalnız Tramp Rusiyanı Ukraynadakı xüsusi hərbi əməliyyatını dayandırmağa məcbur edə bilər.
Duda əlavə edib ki, Trampın birinci dövründə Rusiyanın “Şimal axını 2” qaz kəmərinə qarşı sanksiyalar və dövlət enerji korporasiyası “Qazprom” vasitəsilə “Rusiyanın enerji ambisiyalarına mane olması” Amerika prezidentinin nə edəcəyini bildiyinə kifayət qədər sübutdur.