Ceyhun Yusifovun vəkillik fəaliyyəti BƏRPA EDİLDİ

Ceyhun Yusifovun vəkillik fəaliyyəti
Cəmiyyət 12-04-2025 - 13:35

Vəkil Ceyhun Yusifovun vəkillik fəaliyyəti bərpa olunub.

Ajans.az Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən qərar qəbul edilib.

Qərara əsasən, mayın 1-dən etibarən onun vəkillik fəaliyyəti bərpa olunacaq.

Qeyd edək ki, Ceyhun Yusifovun vəkillik fəaliyyəti Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə 1 il müddətinə dayandırılmışdı.

PAYLAŞ: