Myanmada ölənlərin sayı 3689-a çatdı

Myanmada ölənlərin
Gündəm 11-04-2025 - 23:05

Myanmada baş verən dağıdıcı zəlzələdə ölənlərin sayı 3689-a çatıb.

Ajans.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Zəlzələ nəticəsində 5020 nəfər xəsarət alıb, aprelin 11-nə olan məlumata görə, 139 nəfər itkin düşmüş hesab olunur.

Qeyd edək ki, martın 28-də Myanmada 7,7 və 6,4 bal gücündə iki güclü zəlzələ baş verib.

Yeraltı təkanlar qonşu Tailandda, eləcə də Çin, Kamboca, Banqladeş və Hindistanda da hiss olunub.

PAYLAŞ: