Rus müxalif fəal Ukrayna uğrunda döyüşdə HƏLAK OLDU
Ukraynada Kiyev tərəfində döyüşən tanınmış rusiyalı müxalif fəal İldar Dadin döyüş zamanı öldürülüb.
Ajans.az xəbər verir ki, bu barədə həmin qrupun vətəndaş şurasının sözçüsü BBC-yə məlumat verib. O Ukraynanın şimal-şərqindəki Xarkov vilayətində könüllü batalyonu olan “Rusiya Azadlığı Legionu”nun əsgərləri Rusiya artilleriyasının atəşinə tutulması nəticəsində həlak olub.
Hələlik əlavə təfərrüatlar yoxdur və Legionun özü hərbi əməliyyatın hələ də aktiv olduğunu bildirsə də, şərh verməyəcəyini bildirib.