Rüfət Səfərovdan XƏBƏR VAR

Rüfət Səfərovdan
Rüfət Səfərov
Gündəm 04-12-2024 - 17:47

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.

Ajans.az APA-ya istinadən xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

PAYLAŞ: