Rəsmi Moskva Bakının bəyanatına REAKSİYA VERDİ

Rəsmi Moskva Bakının bəyanatına
Siyasət 29-12-2024 - 11:51
 148

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiya vətəndaşlarına qarşı məhdudiyyətlər tətbiq etmək bəyanatına münasibət bildirib.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

“Bu cür dəyişikliklər etmək Bakının hüququdur”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, yaxın vaxtlarda Azərbaycanda Rusiya vətəndaşlarının qalma qaydaları dəyişdiriləcək. O əlavə edib ki, bu qərar əcnəbilərin Rusiyada qalma qaydalarına edilən dəyişikliklərlə bağlıdır.

Aqil Qarayev
Vəzifəsi: Müxbir
PAYLAŞ: