Reaktiv mühərrik yanacağı daha 1 il gömrük rüsumundan azad edildi

Cəmiyyət
04-03-2025 - 12:29
Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın gömrük rüsumundan azad edilmə müddəti daha 1 il uzadılıb.
Ajans.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu müddət 31 dekabr 2024-cü ildə başa çatırdı. Bu müddət 31 dekabr 2025-ci ilə qədər uzadılıb.
Eyni zamanda Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaqla əlaqədar aksiz dərəcəsi də 31 dekabr 2025-ci ilə qədər 1 ton üçün 1 manat olacaq.