Qlobal ticarət gərginliyi Avropa brendlərini böhranla üz-üzə qoyur - Lüks "imperiyalar" sarsılır

Qlobal maliyyə bazarlarında baş verən enişlər və ABŞ-nin planlaşdırdığı yeni tariflər Avropa lüks sənayesinin böyümə perspektivlərini zəiflədir.
Ajans.az xəbər verir ki, “LVMH”, “Kering” və “Richemont” kimi nəhənglərin səhmləri 3-5% dəyər itirib.
İqtisadi qeyri-müəyyənlik və inflyasiyanın artması səbəbilə Çin və ABŞ bazarlarında tələbat zəifləyir. Analitiklər lüks sektorunda bu il cəmi 2%-ə qədər artım gözləyir, əvvəlki proqnoz isə 6-7% idi.
Mütəxəssislər bildirirlər ki, bu vəziyyət pandemiyadan sonra sənaye üçün ən ciddi sınaqlardan biridir və Avropa hökumətləri tariflərə qarşı cavab tədbirləri axtarırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.