Rusiya regionunda güclü zəlzələ BAŞ VERDİ

Cənubi Kuril adaları sahillərində güclü zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib. Onun sözlərini RİA Novosti yayıb.
Yeraltı təkanlar çərşənbə axşamı, aprelin 22-də yerli vaxtla saat 9:52-də Sakit okeanda qeydə alınıb. Zəlzələnin maqnitudası 4,8-ə çatıb. Zəlzələnin episentri İturup adasının Reydovo kəndindən 147 kilometr şərqdə yerləşib. Mənbə 183 kilometr dərinlikdə yerləşib, mütəxəssis dəqiqləşdirib.
Semenova əlavə edib ki, yeraltı təkanlar Rusiya regionunun məskunlaşdığı ərazilərdə hiss olunmayıb. Dağıntı və tələfat olmayıb, sunami təhlükəsi elan edilməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.