“Qızıl top”un qalibi bəlli oldu
“France Football” nəşrinin ilin ən yaxşı futbolçusu üçün təsis etdiyi “Qızıl top” mükafatının sahibi bəlli olub.
Ajans.az xəbər verir ki, təqdimetmə mərasimi Fransanın paytaxtı Parisdəki Şatle teatrında keçirilib.
“Mançester Siti”nin oyunçusu Rodri ilin ən yaxşı futbolçusu adına layiq görülüb.
İspaniya millisi ilə AVRO-2024-ün qalibi olan futbolçu karyerasında ilk dəfə bu mükafatın sahibi olub.
Qeyd edək ki, “Qızıl top”un son qalibi 2023-cü ildə Argentina millisinin və ABŞ-nin “İnter Mayami” komandasının üzvü Lionel Messi olub.
Qadınlar üzrə “Qızıl top” mükafatının qalibi isə Aytana Bonmati olub. O, ardıcıl ikinci dəfədir ki, bu mükafat laiq görülür.