Qış aylarında necə qidalanmaq lazımdır?

Qış aylarında necə
Sağlamlıq 26-11-2024 - 09:15

İnsanlarda fəallığın azalması, mürgülü vəziyyət, əzginlik, şirniyyat qəbul etmək istəyi qış fəslinin əsas simptomlarındandır. Qışda zəifləyən immuniteti isə düzgün qidalanmaqla bərpa etmək mümkündür.

Ajans.az xəbər verir ki, qışda müşahidə olunan soyuq hava, günlərin qısalması, ultrabənövşəyi şüaların miqdarının azalması orqanizmdə maddələr mübadiləsini zəiflədir. Nəticədə pozitiv ovqata müsbət təsir edən serotonin harmonunun ifrazı azalır. Odur ki, qışda gündəlik qida rasionuna daha çox diqqət yetirmək lazımdır. Belə ki, ilk növbədə qidanın kalorililiyini və enerji tutumunu artırmaq məsləhət görülür.

Dənli bitkilərdən bişirilən sıyıq və çörək də qışda əsas qida rasioununu təşkil edir. Mütəxəssislər deyir ki, qışda daha çox sitrus meyvələrdən istifadə olunmalıdır. C vitamini soyuq vaxtlarda virus infeksiyasına qarşı dayanır. Təzə sıxılmış sitrus meyvə şirələrinin həvəskarları bir şeyi yaddan çıxarmamalıdırlar. Çalışmaq lazımdır ki, həmin şirə 1:1 nisbətində su ilə qarışdırılsın. Sıxılmış şirəni dərhal içmək lazımdır. Çünki, onun tərkibindəki C vitamini sürətlə parçalanır. Odur ki, qışda xəstəliklər uzaq olmaq üçün düzgün qidalanın.

Balıq qışda süfrədən əskik olmamalıdır. Tərkibindəki omeqa 3 yağına görə balıq immun sistemini gücləndirir. Həftədə ən azı iki dəfə balıq yemək lazımdır.

Qışda günəşli günlərin azalması səbəbindən D vitamininin qəbulu azalır. Ancaq havanın gözəl olduğu günəşli qış günlərində də gəzintiyə çıxıb günəş şüalarından yararlana bilərsiniz.

Soyuq havada bədənin temperaturu adətən düşür, bunu normada saxlamaq üçün su ilə yanaşı itburnu çayı, nanəli və limonlu çay içə bilərsiniz.

Qış aylarının uzun gecələrində heç bir enerji dəyəri olmayan lazımsız və şəkərli qidalardan uzaq durmalısınız. Xüsusilə kalori dəyəri artıq olan xəmirli və şəkərli yeməklərdən imtina etmək lazımdır.

Sarımsaq və soğan təbii antibiotikdir. Qış aylarında yeyilməsi immun sistemini gücləndirir. Qışda tərəvəz və meyvə ilə zəngin süfrələr hazırlanmaldır. Xüsusilə yaşıl yarpaqlı tərəvəzlər həm vitamin, həm də elementlər baxımından zəngin olduğu üçün xəstəliklərə qarşı qoruyucudur.

Sink azlığı immun sisteminin zəifləməsinə səbəb olur. Xüsusilə qırmızı və ağ ət sink baxımından ən zəngin qida qaynağıdır.

Qış aylarında immun sistemi qoruyucu hüceyrələr vasitəsilə işləyir. Ona görə də stress, depressiya, yorğunluq və kədərli olmaq qoruyucu sistemi zəiflədir. Xüsusilə də qapalı yerlərdə çox qalma ehtimalına görə stress nəzarəti önəmlidir. Xroniki stressin yol açdığı depressiya halları immun sistemini zəiflətdiyi üçün onun fərqində olan kimi həkimə müraciət etmək lazımdır.

PAYLAŞ: