Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yaydi: Zərərçəkənlər...

Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yaydi:
qəza
Gündəm 25-12-2024 - 12:51

“25.12.2024-cü il tarixində saat 10:58-də 1-ci kateqoriyalı təcili yardım çağırışı daxil olub (təyyarənin göyərtəsində balon partlayıb).

Ajans.az-ın xəbərinə görə, 22 təcili tibbi yardım briqadası və Mərkəzi Tibb Mərkəzindən 6 briqada göndərilib.

Rayon multidissiplinar xəstəxanasında 30 cərrahiyyə və travma çarpayısı, 10 reanimasiya çarpayısı hazırlanıb. Rayon uşaq xəstəxanasında da 20 çarpayılıq və 10 reanimasiya çarpayısı hazırlanıb”,- məlumatda deyilir.

Qeyd olunur ki, hazırda 14 zərərçəkən rayon xəstəxanasına çatdırılıb:

“14 nəfərdən 5-i ağır vəziyyətdə reanimasiyadadır. 11 yaşlı uşaq Uşaq Xəstəxanasına yerləşdirilib və təcili yardım səviyyəsində müayinə olunur. Daha 1 uşağı da gətirirlər, 16 yaşında”.

Aytac Əsəd
Vəzifəsi: Müxbir
PAYLAŞ: