Qayınatanın qumbara atdığı gəlinin son durumu -ÖZƏL AÇIQLAMA

Qayınatanın qumbara atdığı gəlinin son durumu
Gündəm 16-02-2025 - 20:04
 496

16.02.2025-ci il tarixində saat 16:40 radələrində partlayış nəticəsində xəsarət alması səbəbi ilə 1986-cı il təvəllüdlü (qadın cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. 

TƏBİB-dən Ajans.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ona bədənin çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

PAYLAŞ: