Qarabağa köçən ailələrə niyə torpaq verilmir? - Deputat ETİRAZ ETDİ
Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas işğaldan azad olunmuş ərazilərdə yerləşdirilən sakinlərin problemini dilə gətirib.
Ajans.az xəbər verir ki, deputat konkret olaraq Xocalı sakinlərini misal göstərib. O, “Torpaq icarəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib ki, Xocalıya köçən ailələrə 1 metr də torpaq icarəyə verilmir.
“Qarabağda icarəyə verilən torpaqlarda bir nəfər də qarabağlı iştirak etmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib”.
Aqil Abbas torpaqları ora köçən sakinlərə verməyə çağırıb:
"Böyük tikinti-quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm. Bununla ciddi məşğul olmaq lazımdır”.