Qadın bir gündə 7 dəfə ürək tutması keçirdi
Natali Forrest adlı 40 yaşlı britaniyalı qadın bir gündə 7 dəfə ürək tutması keçirib.
Ajans.az xəbər verir ki, qadının hekayəsini Manchester Evening News (MEN) nəşri dərc edib.
Forrest bir gün yüksək hərarət və boğaz ağrısı ilə müşayiət olunan sidik yollarının infeksiyası keçirdiyini söyləyib. Qadın dərman almaq üçün aptekə gedib, lakin orada işləyən və əvvəllər qan xərçəngindən müalicə alan əczaçı onun əlamətlərini şübhəli görüb və həkimə müraciət etməyi tövsiyə edib. Forrestin bu məsləhətdən sonra keçirdiyi müayinə onun qan xərçəngi olduğunu göstərib.
Qadına kimyaterapiya təyin olunub və o, çox çətinliklə ağrılara dözüb. Birinci kursu bitirdikdən sonra fəsadlar yaşamağa başlayıb. Kimyaterapiyanın təsirindən o, bir gündə yeddi ürək tutması keçirib, lakin həkimlər onun vəziyyətini stabilləşdirə bilib.