Putini düşmən hesab etmədi

Siyasət
27-10-2024 - 22:15
Ohayo ştatından senator və Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Cey Di Vens Rusiya prezidenti Vladimir Putini “düşmən” kimi xarakterizə etməkdən imtina edib.
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, o, Putini "rəqib" adlandırıb. O, vitse-prezident seçilərsə Rusiya ilə danışıqlara gedəcəyini qeyd edib.
“Düşünürəm ki, əgər biz nə vaxtsa Ukraynada müharibəyə son qoymaq istəyiriksə, mahiyyətcə müəyyən səviyyədə Ukrayna, Rusiya, Avropadakı NATO müttəfiqlərimiz arasında hansısa danışıqlara getməli olacağıq. Bu isə yalnız zəruri hissədir”, - deyə siyasətçi bildirib.
Oxşar xəbərlər
"İranda dövlət qərarlarını verən ali dini hakimiyyətdir. Təxribatçı mövqelə... AÇIQLAMA
Siyasət14:02 / 29-04-25