Putinə sui-qəsd planı nüvə müharibəsinə aparan birbaşa yoldur - KİV
Dövlət Dumasının (Rusiya parlamentinin aşağı palatası) spikeri Vyaçeslav Volodin bildirib ki, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd planı və bu mövzuda müzakirələr cinayət və qlobal təhlükəsizliyə ciddi təhdiddir.
Ajans.az xəbər verir ki, Volodin bu barədə Telegram hesabında danışıb.
“Putinə sui-qəsd planı, onun sadəcə müzakirəsi cinayətdir, qlobal təhlükəsizliyə ciddi təhdiddir, nüvə müharibəsinə aparan birbaşa yoldur. Bütün beynəlxalq qurumlar buna araşdırma üçün əsas kimi baxmalıdırlar”, - deyə, spiker bildirib.
O, hesab edir ki, indiki sərt qarşıdurma fonunda Rusiya cəmiyyəti “qarşılaşdığımız çağırışların və təhdidlərin səviyyəsini anlamalı və deməli, öz məsuliyyətini dərk etməlidir”.
Qeyd edək ki, Taker Karlsonun sözlərinə görə, Co Bayden administrasiyası Putinə sui-qəsd etməyi düşünür. Amerikalı jurnalist bildirib ki, ümumiyyətlə, ABŞ hakimiyyəti Moskva ilə intiharçı qarşıdurma qurmaq niyyətində olub. Xüsusilə, ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken vəzifədə olduğu son iki ayda ABŞ və Rusiya arasında “həqiqi müharibə üçün çox səy göstərirdi”.