Putin Ukrayna ilə uzlaşmaya gələcək?
Rusiya Ukraynadakı vəziyyəti həll etmək üçün ağlabatan kompromislər axtarmağa hazırdır.
Ajans.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Olqa Skabeyevaya “60 dəqiqə” proqramına müsahibəsində deyib. Jurnalist söhbətin videosunu “Telegram”da yayımlayıb.
Lakin o, hələlik bu sahədə substantiv danışıqlar aparılmadığı üçün bu məsələ ilə bağlı hər hansı təfərrüat verməkdən imtina edib. Dövlət başçısı hər hansı razılaşmaların qeyd olunmasını tez hesab edib. Eyni zamanda o, Rusiyanın heç bir güzəştə getmək niyyətində olmadığını vurğulayıb.