Putin Tatarıstan rəhbəri ilə GÖRÜŞDÜ

Putin Tatarıstan rəhbəri ilə
Tatarıstan
Dünya 03-03-2025 - 15:42

Rusiya prezidenti Vladimir Putin Tatarıstan rəhbəri Rüstəm Minnixanovla görüşüb.

Ajans.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

“Çoxdandır görüşmürük, Rüstəm Nurqalieviç. “Necəsən?” deyən dövlət başçısı onu qarşılayıb.

Kremlin mətbuat xidməti aydınlaşdırıb ki, söhbətin əsas mövzuları xüsusi hərbi əməliyyat, dinlərarası əməkdaşlıq, eləcə də Tatarıstanda sənaye və tikinti olub.

Minnixanov prezidentə rayonda sabit ictimai-siyasi vəziyyət barədə məlumat verib, respublikada millətlərarası münaqişələrin olmadığını da vurğulayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: