Putin Qazaxıstana səfər etdi
Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə dövlət səfəri ilə ikinci dəfə Astanaya uçub.
Ajans.az-ın məlumatına görə, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Putinlə məhdud tərkibdə danışıqlar aparacaq.
Sonra nümayəndə heyətləri ilə danışıqlar aparılacaq, iki dövlətin başçıları birgə sənədlərin imzalanması mərasimində iştirak edəcək və Rusiya və Qazaxıstanın regionlararası əməkdaşlığın 20-ci yubiley forumunun plenar iclasında videobağlantı vasitəsilə çıxış edəcəklər.