Putin Belarusa buna görə gedibmiş

Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ukraynadakı vəziyyəti müzakirə edəcəyini bildirib.
Ajans.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bu gün fikir mübadiləsi zamanı, şübhəsiz ki, bu məsələyə lazımi diqqət yetiriləcək”, - Putin bildirib.
Onun sözlərinə görə, Belarus və Belarus liderinin mövqeyi məlumdur və liderlər bu böhranın sülh yolu ilə həlli məsələlərini daim müzakirə edirlər.