Psixoloji problemi olan şəxs dərmandan zəhərlənərək ölüb

Hadisə
08-03-2025 - 16:00
Martın 6-da Şəmkirin Dəllər Cəyir kəndində ruhi xəstə olan 19 yaşlı İ.Mürşüdov yaşadığı evdə dərmandan zəhərlənib.
Ajans.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ehtiyatsızlıqdan baş verib.
2006-cı il təvəllüdlü şəxs xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.