Minimum pensiya məbləği ARTIRILDI - SƏRƏNCAM
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq.
Ajans.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.