Polisin adından yayılan xəbər SAXTADIR - DİN-dən RƏSMİ AÇIQLAMA

Polisin adından yayılan xəbər SAXTADIR
DİN
Gündəm 07-11-2024 - 17:57
 60

Sosial şəbəkələrdə yeni kiber dələduzluğun yayılmasına dair iddialar gəzir. 

Guya müxtəlif şəxslər telefonla insanlara zəng edir, peyvənd olunmusunuzsa, "1" düyməsinə basmağınızı xahiş edirlər. Basdıqdan sonra isə dərhal telefonunuz bloklanır və telefonunuza kiberhücum olur. 

Nəticədə bank məlumatları oğurlanır.

Bəs, bu iddiada həqiqət varmı? 

Məsələ ilə bağlı Ajans.az-ın sorğusuna cavab verən DİN Mətbuat Xidmətinin bölmə rəisi, polis kapitanı Nurlan Əliyev bildirib ki , saxta bildirişdir, hər hansı inzibati əsası yoxdur: 

"Ümumiyyətlə belə hal yoxdur, polisə hər hansısa məlumat daxil olmayıb. Tövsiyə edirik ki, bu kimi saxta bildirişlər oxunmadan bloklansın".

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: