Polis nəfəri xəstəxanada vəfat etdi
Bakıda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, xəsarət alan serjant Emin Cəfərli xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.