Polad Həşimovun xanımı Ofelya Salmanovadan təsirli çıxış

Xəbər verdiyimiz kimi, Türkiyəli jurnalist Fulya Öztürk Azərbaycana gəlib.
Ajans.az xəbər verir ki, Fulya Öztürklə görüşdə Polad Həşimovun xanımı Ofelya Salmanova da çıxış edib.
O çıxışında deyib:
“Fulya xanım, öz evinizə xoş gəlmisiniz. Türkiyə bizim, Azərbaycan da sizin vətəninizdir. Mən milli kimliyimiz, ərazi bütövlüyümüz, Azərbaycanımız və Türkiyəmiz uğrunda şəhid olmuş bütün igidlərimizi hörmətlə anıram, əziz ruhları qarşısında baş əyirəm. Bütün qazilərimizə can sağlığı diləyirəm. Şəhid analarının qarşısında baş əyirəm. Haqqınızı bu xalqa, bu millətə halal edin. Fulya xanıma da xüsusi təşəkkür etmək istəyirəm ki, bizim haqq səsimizi dünyaya çatdırmaqda bizə kömək oldunuz”.
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagram