Paşinyan Ermənistanın Aİ-yə daxil olmaq istəməsini belə izah izah etdi
![Paşinyan Ermənistanın Aİ-yə daxil olmaq istəməsini belə izah](https://ajans.az/uploads/images/202502/image_940x_67ace2160cbf9.webp)
Parlamentin Ermənistanın Aİ-yə daxil olması ilə bağlı təklifi ölkə hökumətinin siyasətinə uyğundur.
Ajans.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Bilirsiniz ki, hökumət qanun layihəsinə müsbət yanaşır, o cümlədən onun balanslaşdırma və tarazlıq siyasətinə uyğundur. Hesab edirəm ki, bu, mühüm addımdır. Bu qanun layihəsi qüvvəyə minəndə biz xalqa xarici əlaqələrin “tam menyusunu” təqdim edəcəyik”, - deyəPaşinyan bildirib.
O qeyd edib ki, bu yolla Ermənistan hökuməti respublika xalqına geniş seçimlər təklif edəcək. Eyni zamanda, Paşinyan qeyd edib ki, hakimiyyət xalqda ölkənin guya artıq Aİ-nin bir hissəsi və ya üzvlük üçün namizəd olması barədə yalan gözləntilər yaratmamalıdır.