Venesuelada zəlzələdə ölənlərin sayı 1400-ü ötüb
Venesuelada zəlzələ qurbanlarının sayı sürətlə artır, afterşoklar isə xilasetmə əməliyyatını çətinləşdirir.
Ajans.az xəbər verir ki, bu barədə "CNN News" Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqesin bəyanatına istinadən məlumat yayıb.
"Bu həftə Venesuelada baş vermiş iki dağıdıcı zəlzələ nəticəsində azı 1 430 nəfər ölüb, daha 3 238 nəfər isə yaralanıb. Xilasedicilər sağ qalanları tapmağa tələsirlər. Ağır texnikanın çatışmazlığı və davamlı afterşoklar işi çətinləşdirir", - o qeyd edib.
Mövzular: