Öz qızına təcavüz edən ataya AĞIR CƏZA
Yekaterinburqda məhkəmə yerli sakin barədə qızına təcavüz etdiyinə görə hökm çıxarıb.
Ajans.az xəbər verir ki, bu barədə E1 öz “Telegram” kanalında məlumat yayıb.
Nəşrin məlumatına görə, qızın anası axşam saatlarında işdən qayıdıb. Əvvəlcə qəribə səslər eşitdiyini deyən anaya 9 yaşlı oğlu yaxınlaşıb və yorğan altında atasının bacısı üçün anlaşılmaz bir şey etdiyini deyib. Qızı ilə danışıb və qızı başına gələnləri bacardığı qədər təsvir edib.
Polisə müraciət etdikdən dərhal sonra şübhəli şəxs saxlanılıb və barəsində cinayət işi başlanıb. Onun günahkar olması azyaşlının paltarında qalan biomaterialla sübuta yetirilib.
Məhkəmə onu 14 il həbs və 500 min rubl cərimə cəzasına məhkum edib.