Ötən ay doğulan uşaqların sayı məlum oldu

Ötən ay doğulan uşaqların sayı
uşaq
Cəmiyyət 17-03-2025 - 16:41

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8557 doğulan körpə qeydə alınıb.

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,7-dən 9,9-a qədər artıb.

Doğulan körpələrin 54,6 faizi oğlan uşaqları, 45,4 faizi isə qız uşaqları olub. Körpələrdən 352-si əkiz, 12-si isə üçəm doğulub. Cari ilin yanvar ayı ərzində ölkədə 5727 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,4-dən 6,6-ya qədər artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: